Xəzər Xəbər

Müəllimlərin vaksinasiyanın təsiri may ayında bilinəcək

Cəmiyyət | 18:22 • 3 Aprel 2021
Müəllimlərin vaksinasiyanın təsiri may ayında bilinəcək

Son statistikaya əsasən Bakı şəhərində 54 faiz, Sumqayıtda 69 faiz, Abşeron rayonunda 60 faiz, digər bölgələrdə 50 faiz, təxminən ölkə üzrə müəllimlərin 51 faizi vaksinasiya edilib. Bu statistika yaşı 50-dən yuxarı olan müəllimlərə aiddir.

Xezerxeber.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev "facebook" səhifəsində “Pandemiya dövründə tədrisin təşkili”nə həsr olunan canlı yayımda deyib.

"Fevralın sonundan müəllimlərin kütləvi vaksinasiyasının təsirini aprelin ortalarından başlayaraq may ayında görəcəyik. Vaksinasiya prosesi sürətlə davam edir. Vaksinlərdən qorxmaq lazım deyil. Xüsusilə də müəllimlərin vaksinasiyası çox vacibdir”,-deyə nazir qeyd edib.

Xəbər lenti