Xəzər Xəbər

Azərbaycanda vaksinasiya olunanların sayı açıqlanıb

Cəmiyyət | 16:53 • 3 Aprel 2021
Azərbaycanda vaksinasiya olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 35 780 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan xezerxeber.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 12 469, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 23 311 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 924 813, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 582 463, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 342 350 təşkil edir.

Xəbər lenti