Xəzər Xəbər

Yeni yoluxma sayı açıqlandı

Cəmiyyət | 16:33 • 3 Aprel 2021
Yeni yoluxma sayı açıqlandı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 392 yeni yoluxma faktı qeydə alınıb, 1 063 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan xezerxeber.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 31 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 268 min 714 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 240 min 870 nəfər müalicə olunaraq sağalıb, 3648 nəfər vəfat edib. Aktiv xəstə sayı 24196 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 916 min 745 test aparılıb. Bugünkü test sayı isə 15585-dir.

Xəbər lenti