Xəzər Xəbər

Təhsil naziri: Sentyabrdan məktəblərdə ənənəvi tədris bərpa edilə bilər

Cəmiyyət | 16:39 • 3 Aprel 2021
Təhsil naziri: Sentyabrdan məktəblərdə ənənəvi tədris bərpa edilə bilər

Bu ilin sentyabr ayında, yəni növbəti tədris ilindən məktəblərdə ənənəvi tədris bərpa edilə bilər. Amma məktəblərə qayıtmaq üçün cəmiyyət də bizə kömək olmalıdır. Yəni insanlar vaksinasiyadan keçməli və özlərini sığortalamalıdır. İki doza vaksinasiyanın edilməsi məktəblərə qayıtmağa bizə kömək ola bilər. İkinci vaksinasiyadan sonra yoluxmadan reanimasiyaya düşmək və ölüm halı olmayıb. 800-900 min adam vaksin olub, heç nə olmayıb. Vaksinlərdən qorxmaq lazım deyil. Düşünürəm ki, cəmiyyətdə vaksinasiyanın genişlənməsi ümumi işimizə müsbət təsir göstərər. 

Xezerxeber.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev "facebook" səhifəsində “Pandemiya dövründə tədrisin təşkili”nə həsr olunan canlı yayımda deyib.

Nazir əlavə edib ki, yaşından asılı olmayaraq bütün təhsil işçiləri gələn həftədən vaksinasiyaya cəlb ediləcək: "Ümid edirik ki, vaksinasiyanın genişlənməsi 2021-2022-ci il tədris ilində məktəbə qayıtmağımıza kömək edəcək". 

Xəbər lenti