Xəzər Xəbər

Nazir: Martın son üç günü ərzində 61 məktəb distant təhsilə keçmək məcburiyyətində qaldı

Cəmiyyət | 16:05 • 3 Aprel 2021
Nazir: Martın son üç günü ərzində 61 məktəb distant təhsilə keçmək məcburiyyətində qaldı

"Martın son üç günü ərzində 61 məktəb distant təhsilə keçmək məcburiyyətində qaldı. Onlardan 24-ü Bakı şəhərinin payına düşürdü". 

Xezerxeber.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev "facebook" səhifəsində “Pandemiya dövründə tədrisin təşkili”nə həsr olunan canlı yayımda deyib.

O bildirib ki, qarşıdakı həftələrdə nə olacağı ilə bağlı qeyri-müəyyənlik var: “Hətta bəzi vətəndaşlarımız bu yoluxma sayında belə müəllim və şagirdlərin məktəbə getməsinin tərəfdarıdır. Amma nəzərə alaq ki, gündəlik yoluxmaların 4-6 faizi müəllimlər olur. Təxminən 100-ə qədər məktəb personalı gündəlik olaraq koronavirusa yoluxur. Bunun da 80 %-i Bakı, Sumqayıt, Şəki, Gəncə və Abşeronun payına düşür. Bu isə artıq hər gün 10-15 məktəbin bağlanması demək idi. Yəni onsuz da qarşıdakı günlərdə çoxlu sayda məktəb distant təhsilə keçməli idi. Bu yoluxmalar yalnız məktəblərdə olmayıb". 

Nazir deyib ki, fevralın sonlarından başlayaraq COVID-19-a yoluxma sayının artması müşahidə edilirdi: “Novruz bayramından sonra da məktəblər şagirdlərin üzünə açıq idi. Lakin yoluxma sayı hər gün demək olar ki, 2500-dir. Bu şəraitdə təbii ki, müəyyən qərarlar verilməli idi”.

Xəbər lenti