Xəzər Xəbər

Bakıda toy mərasiminin keçirilməsinin qarşısı alınıb

Cəmiyyət | 17:19 • 15 Mart 2021
Bakıda toy mərasiminin keçirilməsinin qarşısı alınıb

Xətai Rayon Polis İdarəsinə (RPİ) rayon ərazisində yerləşən restoranlardan birində toy mərasiminin keçirildiyi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-averilən məlumata görə, polis əməkdaşları tərəfindən mərasimin keçirilməsinin qarşısı alınıb.   Sanitar-epidemioloji normaları pozaraq toyda iştirak edən  31 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilərək hər biri 200 manat miqdarında cərimə edilib.

Toy mərasiminin təşkilinə şərait yaradan restoranın inzibatçısı R.Mirzağayev isə 4000 manat məbləğində cərimələnib.

Xəbər lenti

Çox oxunanlar