Xəzər Xəbər

Paşinyandan xalqa "əzələ nümayişi": İrəvan küçələrində helikopter... - Foto

Cəmiyyət | 10:03 • 13 Dekabr 2020
Paşinyandan xalqa "əzələ nümayişi":  İrəvan küçələrində helikopter... -

Bu gecə Ermənistan paytaxtında gərginlik pik həddə çatıb. 

İrəvan küçələrində helikopter və tanklar gözə dəyib. Əhali nəyin baş verdiyini anlamasa da baş nazir Nikol Paşinyanın rəqibləri bunu xalqa qarşı "əzələ nümayişi" kimi qiymətləndirib.

"Vətəndaş şüuru" ictimai təşkilatının sədri Vahan Qriqoryan isə bildirib ki, bu addım dəlilikdir:

"Bu heç də yaxşı addım deyil. Dəli və ağlını itirmiş baş nazir helikopter və tankları küçələrə töküb".

Qeyd edək ki, fotolardan görünən Mİ-24 döyüş təyyarəsidir. Onun etiraz aksiyalarının keçirildiyi prospektə hansı məqsədlə gətirildiyi hələlik məlum deyil.  (modern)

Sevinc 

Xəbər lenti