Xəzər Xəbər

Hikmət Hacıyev: "Ədaləti hər zaman dəstəkləyən peşəkar jurnalist COVID-19-dan vəfat edib"

Cəmiyyət | 09:13 • 13 Dekabr 2020
Hikmət Hacıyev: "Ədaləti hər zaman dəstəkləyən peşəkar jurnalist COVID-19-dan vəfat edib"

Bu gün təəssüf hissi ilə Azərbaycanın böyük dostu və ədaləti hər zaman dəstəkləyən peşəkar jurnalist, "Aljazeera Arabic”in əməkdaşı Ömər Kaşramın COVID-19-dan vəfat etdiyini eşitdim.

Xezerxeber.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter” hesabında yazıb.

"Ömər 2016-cı ilin Aprel müharibəsində, eyni zamanda 2020-ci ilin 44 günlük müharibəsində də Azərbaycanla olub”, - deyə H.Hacıyev bildirib.

Sevinc 

Xəbər lenti