Xəzər Xəbər

Oğuzda daha bir koronavirus xəstəsi barədə cinayət işi başlanılıb

Cəmiyyət | 10:39 • 3 Dekabr 2020
Oğuzda daha bir koronavirus xəstəsi barədə cinayət işi başlanılıb

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə daha bir koronavirus xəstəsinin yaşadığı ünvanı tərk etməsi müəyyən edilib.


DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, COVİD-19 virusunun daşıyıcısı olan rayonun Sincan kənd sakini Asif Xasıyev karantin qaydalarını pozaraq, yaşadığı ünvanı tərk edib və kənd ərazisində hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılıb. O, dərhal yaşadığı ünvana geri qaytarılıb.


A.Xasıyev barəsində Oğuz RPŞ-nin İstintaq qrupundan cinayət işi başlanılıb.trend


Nərmin Məcidli 




Xəbər lenti