Xəzər Xəbər

Bu gündən 10 nəfərədək toplaşmaq mümkün oldu

Cəmiyyət | 09:30 • 8 Sentyabr 2020
Bu gündən 10 nəfərədək toplaşmaq mümkün oldu

Bu gündən ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin (yaxın qohumlar, yəni ata-ana, nənə-baba, uşaqlar və bacı-qardaşlar istisna olmaqla) 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilib.


Bu, Nazirlər Kabinetinin "Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” qərarına edilən dəyişiklikdə əksini tapıb.


Bundan əvvəl insanların 5 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilmişdi.


Qərar 8 sentyabr 2020-ci ildən qüvvəyə minib.


Xəbər lenti

Çox oxunanlar