Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən XəzərXəbər-ə verilən məlumata görə, lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.
Şimal-şərq küləyi günün ikinci yarısında mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Abşeron yarımadasında gecə 19-22°, gündüz 27-32° isti, Bakıda
gecə 20-22°, gündüz 29-31° isti təşkil edəcək. Atmosfer təzyiqi 758 mm
civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 40-50 %
olacaq.
Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran,
Bilgəh, Zaqulba) şimal-şərq küləyi gündüz mülayim şimal-qərb küləyi ilə
əvəz olunacaq. Dəniz suyunun temperaturu 23-24° isti təşkil edəcək.
Cənub
çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) şimal-şərq küləyi gündüz
mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu
24-25° isti təşkil edəcək.
Rayonlarda bəzi yerlərdə şimşək
çaxacağı, yağış yağacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz
keçəcəyi gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 18-23°, gündüz 30-35° isti, dağlarda gecə
10-15°, gündüz 18-23° isti təşkil edəcək.