Xəzər Xəbər

Sabah 12 mindən çox 11-ci sinif şagirdi imtahan verəcək

Cəmiyyət | 13:11 • 22 May 2017
Sabah 12 mindən çox 11-ci sinif şagirdi

Dövlət İmtahan Mərkəzi (DİM) mayın 23-də Bakı və Sumqayıt şəhərlərinin reprezenatativ seçmə əsasında müəyyənləşdirilən 206 məktəbində 11-ci sinif şagirdləri üçün Azərbaycan dili və riyaziyyat fənlərindən monitorinq imtahanları keçirəcək.

DİM-dən XəzərXəbər-ə bildiriblər ki, monitorinq imtahanlarında 12 min 522 şagirdin iştirakı nəzərdə tutulur. İmtahan saat 10:00 da başlanacaq. Əvvəlcə riyaziyyat, sonra isə Azərbaycan dili fənni üzrə imtahan keçiriləcək. Riyaziyyat fənni üzrə imtahan bir saat, Azərbaycan dili fənni üzrə isə 45 dəqiqə davam edir.

Xəbər lenti

Çox oxunanlar