Xəzər Xəbər

Azərbaycanda səhər yeməyini qazanmaq üçün 1 saat işləmək lazımdır - ARAŞDIRMA

Araşdırma | 12:38 • 3 Mart 2017
Azərbaycanda səhər yeməyini qazanmaq üçün 1 saat işləmək lazımdır -

Ekspertlər ümumdünya səhər yeməyi indekslərini tərtib ediblər.

"Bloomberg”in araşdırmasına görə, dünyanın ən iri 129 şəhərində bir stəkan süd, bir yumurta, iki dilim çörək və hər hansı meyvədən ibarət olan səhər yeməyi üçün mütləq işləməlidirlər. Amma bunun üçün müxtəlif şəhərlərin əhalisinin iş saatı fərqlidir.

Tədqiqat zamanı məlum olub ki, ən asanlıqla başa gələn səhər yeməyini Birləşmiş Ərəb Əmirliyində yeyirlər. Burada səhər yeməyi gündəlik qazancın 0,93%-ni təşkil edir.

Əbu-Dabi, Osaka və Sürix sakinlərinin də səhər yeməyi asan başa gəlir. Bu şəhərlərin əhalisinin əksəriyyəti səhər yeməyini qazanmaq üçün cəmi 5 dəqiqə işləyirlər. Bu isə o deməkdir ki, onların səhər yeməyi gündəlik qazanclarının cəmi 1%-ni təşkil edir.

Araşdırma zamanı məlum olub ki, səhər yeməyini qazanmaq üçün ən çox işləyənlər arasında Venesuela sakinləri də var. Bu ölkənin paytaxtında əhali səhər yeməyini qazanmaq üçün 9 saat işləməlidir.

Bu yanaşmadan çıxış edərək, Azərbaycanda səhər yeməyini qazanmaq üçün əhalinin neçə saat işlədiyini araşdırdıq. Ölkədə orta aylıq əmək haqqı 490 manatdır. Bunu iş saatına böləndə 1 saata təxminən 3 manat qazanırıq. Orta aylıq əmək haqqı səviyyəsində maaş alan vətəndaş qəlyanaltıda yemək istəsə, bu ona təxminən 3 manata başa gələ bilər (qayğanaq, 1 stəkan süd və ya çay, yağ-pendir və s). Belə nəticə çıxır ki, Azərbaycanda səhər yeməyini qazanmaq üçün orta hesabla 1 saat işləmək lazımdır.

Virtualaz.org

Rubrikanın digər xəbərləri

Goranboyda evə silhalı hücum
Goranboyda evə silhalı hücum SAXLANILANLAR VAR
10:05 • 7 Aprel 2023
Azərbaycanın koronavirusa qarşı effektli mübarizəsi
Azərbaycanın koronavirusa qarşı effektli mübarizəsi – Tək çıxış yolu budur
18:53 • 17 Mart 2020
Yeni tədris ilində təhsil haqlarında artım olacaqmı? -
Yeni tədris ilində təhsil haqlarında artım olacaqmı? - SİYAHI - ARAŞDIRMA
11:20 • 21 İyul 2017
Bakıda siçan və siçovullar artıb -
Bakıda siçan və siçovullar artıb - “JEK”lərsə problemə baş qoşmaq istəmir - RƏSMİ
11:26 • 11 İyul 2017
Universitetlərdə yay imtahanları bitdi -
Universitetlərdə yay imtahanları bitdi - Ən çox kəsir hansı ali məktəbdə qeydə alındı?
11:49 • 6 İyul 2017
Facebookun bizimlə keçirdiyi gizli sınaqlar -
Facebookun bizimlə keçirdiyi gizli sınaqlar - ARAŞDIRMA
10:17 • 27 İyun 2017
Hansı ölkələrdə hərbi xidmətə çağırış məcburi, hansında könüllüdür...
09:53 • 22 Aprel 2017
Azərbaycanın avtomobil bazarında kəskin
Azərbaycanın avtomobil bazarında kəskin BAHALAŞMA
14:20 • 15 Aprel 2017

Xəbər lenti