Xəzər Xəbər

“iPhone 8”in xüsusiyyətləri nələrdir?

Araşdırma | 15:47 • 2 Mart 2017
“iPhone 8”in xüsusiyyətləri nələrdir?
"Apple”in bu il gözlənilən "iPhone 8”in texniki xüsusiyyətləri və dizaynı konkretləşməyə başlayır.

XəzərXəbər xəbər verir ki, ötən ilin sentyabr ayında "iPhone 7” və "iPhone 7 Plus” ilə qulaqcıq girişini aradan qaldıran "Apple” yeni kabel ilə istifadəçilərin qarşısına çıxmağa hazırlaşır.

Yeni əlaqə kabelinin adı "Ultra Accessory Connector”dur. Bu kabelin qulaqcıqlarda istifadə edilmək üçün inkişaf etdirildiyi ifadə edilir. "iPhone 7” və 7 plus ilə birlikdə bir çox istifadəçinin köhnə qulaqcıqları yeni cihazlara uyğun gəlmirdi. Yeni kabelin həm USB-C, həm də "Lightning”dən daha kiçik olduğu qeyd edilib.



Yeni telefonla ilk dəfə barmaq izi sensorunun əvəzinə, ekran sahəsini genişləndirərək istifadəçilərin telefonu açmaqları üçün göz bəbəyindən istifadə edilməsini istəyir. Yəni ekran kilidini açarkən barmaq izini vermək və ya şifrə əvəzinə telefonun ön hissəsinə baxmaq kifayət edəcək.



Dünyanın məhşur "Apple” təhlilçilərindən biri olan Ming-Çi Kounun iddialarına görə, "iPhone 8” kabelsiz enerji yığmaq xüsusiyyətini daşıyacaq. Kounun iddialarına görə, "Apple” artıq telefon qutusuna "Lightning” kabeli qoymayacaq. Başqa bir iddiaya görə kabelsiz enerji aparatı telefondan ayrı satılacaq. Bu aparat sayəsində telefon əlinizdə də enerji yığa biləcək.



"iPhone 8”in daxili də tamamilə yenidən qurulur. OLED ekranla təchiz edilməsi gözlənilən modeldə dövrə hissəsi kiçildirilir. Bunun nəticəsində Plus modelin batareya gücü daha kiçik ölçüdə təqim edilə biləcək.



4,7 inçə yaxən bir ölçüdə olacağı deyilən "iPhone 8”in 2.700 mAh batareya ilə təmin ediləcəyi deyilib. "iPhone 7”nin 1.960 mAh və "iPhone 7 Plus”ın 2.900 mAh batareyaya sahib olduğu nəzərə alınarsa, bunun əhəmiyyətli dəyişiklik olduğunu demək olar.



Yeni telefonda "Apple
Watch” ekranı və yeni "MacBook Pro Touch Bar”da istifadə edilən OLED ekrana keçiləcək. Bu da xərcləri yüksəldəcəyi üçün "iPhone 8”in qiyməti çox baha olacaq. OLED ekranlı "iPhone 8” qərarı "Apple”a mart ayında təxminən 50 milyon dollarlıq maliyyə artımına səbəb ola bilər. Bu da yeni telefonların ABŞ-da belə 1000 dollardan başlayaraq satışa çıxarılması deməkdir.

Rubrikanın digər xəbərləri

Goranboyda evə silhalı hücum
Goranboyda evə silhalı hücum SAXLANILANLAR VAR
10:05 • 7 Aprel 2023
Azərbaycanın koronavirusa qarşı effektli mübarizəsi
Azərbaycanın koronavirusa qarşı effektli mübarizəsi – Tək çıxış yolu budur
18:53 • 17 Mart 2020
Yeni tədris ilində təhsil haqlarında artım olacaqmı? -
Yeni tədris ilində təhsil haqlarında artım olacaqmı? - SİYAHI - ARAŞDIRMA
11:20 • 21 İyul 2017
Bakıda siçan və siçovullar artıb -
Bakıda siçan və siçovullar artıb - “JEK”lərsə problemə baş qoşmaq istəmir - RƏSMİ
11:26 • 11 İyul 2017
Universitetlərdə yay imtahanları bitdi -
Universitetlərdə yay imtahanları bitdi - Ən çox kəsir hansı ali məktəbdə qeydə alındı?
11:49 • 6 İyul 2017
Facebookun bizimlə keçirdiyi gizli sınaqlar -
Facebookun bizimlə keçirdiyi gizli sınaqlar - ARAŞDIRMA
10:17 • 27 İyun 2017
Hansı ölkələrdə hərbi xidmətə çağırış məcburi, hansında könüllüdür...
09:53 • 22 Aprel 2017
Azərbaycanın avtomobil bazarında kəskin
Azərbaycanın avtomobil bazarında kəskin BAHALAŞMA
14:20 • 15 Aprel 2017

Xəbər lenti