Xəzər Xəbər

Yağan güclü yağış yollara ziyan vurubmu? – RƏSMİ AÇIQLAMA VİDEO

Veb TV | 20:20 • 7 May 2024
Yağan güclü yağış yollara ziyan vurubmu? – RƏSMİ AÇIQLAMA

Ötən gecədən yağan aramsız yağışlar paytaxt ərazisində bəzi küçə və prospektləri su altında qoydu.

Xezexeber.az xəbər verir ki, yolların su altında qalması həm piyadalara, həm də sürücülərə müəyyən çətinliklər yaradıb.

Hətta, bəzi ərazilərdə piyadalar yolu keçərkən ayaqlarına sellofan torba keçirməli olublar.

Azərsu ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı "Xəzər Xəbər"ə bildirib ki, sözügedən problem paytaxtın xüsusən infrastruktur olmayan ərazilərində müşahidə edilib. Lakin bunun da qarşısını alınması istiqmətində müəyyən addımlar atılıb.

Qurum rəsmisi onu da əlavə edib ki, infrastruktur olmayan ərazilərdə hər hansı qabaqlayıcı tədbir və ya iş aparmaq mümkün olmayıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar