Xəzər Xəbər

Şirvanda bəzi attraksionların istismarı dayandırılıb VİDEO

Veb TV | 10:33 • 21 May 2024
Şirvanda bəzi attraksionların istismarı dayandırılıb

Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin olunması istiqamətində səlahiyyətləri çərçivəsində zəruri tədbirlərin görülməsini davam etdirir.

FHN-dən Xezerxeber.az-a verilən xəbərə görə, Agentliyin müfəttişləri tərəfindən Şirvan şəhərində yerləşən “Füzuli parkı”nın ərazisində fəaliyyət göstərən fərdi sahibkar Səfərov Sənan Amil oğluna məxsus attraksionlarda plan üzrə yoxlama aparılıb.

Yoxlama zamanı attraksionlarda insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb.

Belə ki, parkın ərazisində fəaliyyət göstərən 10 ədəd attraksionun rəsmi istismara qəbul sənədləri olmadan istifadə edildiyi, torpaqlanma müqavimətinin və yumşaq qidalandırıcı naqillərin izolyasiyalarının müqavimətlərinin ölçülməsinin aparılmadığı, dövri texniki müayinədən keçirilmədiyi müəyyən edilib.

Aşkar olunan nöqsanların dərhal aradan qaldırılmasının mümkün olmadığı, eləcə də insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, attraksionların istismarı Agentliyin əməkdaşları tərəfindən dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkara təqdim edilib.

Rubrikanın digər xəbərləri

Zooparka giriş bahalaşıb
Zooparka giriş bahalaşıb VİDEO
21:17 • 19 İyul 2024
Yol qəzaları 4 nəfərin həyatına son qoydu
Yol qəzaları 4 nəfərin həyatına son qoydu VİDEO
20:29 • 19 İyul 2024
İşğaldan azad olunan ərazilərdə YANĞIN
İşğaldan azad olunan ərazilərdə YANĞIN VİDEO
15:22 • 19 İyul 2024
FHN-nin əməliyyat
FHN-nin əməliyyat görüntüləri
11:50 • 19 İyul 2024

Xəbər lenti

Çox oxunanlar