Xəzər Xəbər

Bakıda marketdən 8000 manatlıq spirtli içki OĞURLANDI VİDEO

Veb TV | 14:45 • 18 Aprel 2024
Bakıda marketdən 8000 manatlıq spirtli içki OĞURLANDI

Paytaxtın Səbail rayonu ərazisində yerləşən marketlərin birindən müxtəlif vaxtlarda 8000 manat dəyərində spirtli içki oğurlanması barədə polisə məlumat daxil olub.

Xezerxeber.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törədən paytaxt sakini əvvəllər oğurluq, soyğunçuluq və narkotik cinayətlərinə görə məhkum olunmuş Rasim Abdullayev saxlanılıb.

R.Abdullayevin Bakı şəhərində analoji cinayətlərdə iştirakının olub-olmadığı araşdırılır. Saxlanılan şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa polis orqanlarına müraciət edə bilərlər.

Xəbər lenti

Çox oxunanlar