Xəzər Xəbər

Ermənilərin nümayiş etdirdiyi "NEMEZİS" yazılan pankart nə anlam daşıyır?

Veb TV | 22:28 • 26 Mart 2023
Ermənilərin nümayiş etdirdiyi "NEMEZİS" yazılan pankart nə anlam daşıyır?

Emənistanda bəzi qüvvələr bu dəfə futbol matçında çirkin mahiyyətlərini ortaya qoyub.

Xezerxeber.az xəbər verir ki, bir qrup erməni azarkeş dünən Türkiyə yəğması ilə qarşılaşmada "NEMEZİS" yazılan pankartı bütün oyun boyu nümayiş etdirib.

Tarixçi Boran Əziz "Xəzər Xəbər"ə deyir ki, ASALA erməni terror təşkilatının 1920-22-ci illərdə Osmanlı İmperiyası və Azərbaycan Xalq Cümhuriyyəti rəsmilərinə qarşı həyata keçirdiyi terror hücumları "NEMEZİS" əməliyyatı adlandırılıb.

Onun sözlərinə görə, bu əməliyyat nəticəsində bir neçə tanınmış ictimai-siyasi xadim öldürülüb. Tarixçi qeyd edib ki, pankart təxribatçı qrup tərəfindən Ermənistandakı revanşistlərə dəstək məqsədilə qaldırılıb.

Boran Əziz bildirib ki, ermənistanda revanşist xəyyallar quran şəxslər sülh danışıqlarına xələl gətirmək üçün bütün vasitələrə əl atırlar…

Üzərinə Nemezis yazılan pankartın stadiona necə buraxılması da suallar doğurur. Çünki qaydalara görə futbol meydanında belə pankartların qaldırılması yolverilməzdir.

İdman sahəsi üzrə hüquqşunas Fərid Haqverdiyev bildirib ki, pankartın arenada qaldırılmasına təhlükəsizilik əməkdaşları tərəfindən bilərəkdən şərait yaradılıb. Buna görə Ermənistan Futbol Federasiyası məsuliyyət daşıyır

Türkiyəli futbolçular rəqibi 2-1 hesabı ilə məğlub edərək təxribata ən gözəl cavabı meydanda verdilər.

Cəzaya gəlincə, UEFA bununla bağlı qərarını yaxın vaxtlarda açıqlayacaq.

 

Xəbər lenti