Xəzər Xəbər

Avtomobilin qəza işıqlarını yandıraraq "sağ ol" işarəsi verərkən CƏRİMƏLƏNƏ BİLƏRSİNİZ... VİDEO

Veb TV | 21:00 • 28 Aprel 2024
Avtomobilin qəza işıqlarını yandıraraq "sağ ol" işarəsi verərkən CƏRİMƏLƏNƏ BİLƏRSİNİZ...

Avtomobillərin qəza işıq siqnallarından yersiz istifadə edən sürücülər cərimələnə bilərlər.

Yandır “yol ver”, yandır "sağ ol" de, yandır saxla. Sürücülərin böyük əksəriyyəti bu işıq siqnallarını qəza halından başqa məqsədlər üçün də istifadə edirlər.

Kimisi piyada keçidində yol verən zaman, kimisi sərnişin düşürərkən və s.

Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev deyir ki, sürücülərin bu işıqları lazım olmadığı təqdirdə istifadə etmələri yolverilməzdir.

Adından da göründüyü kimi, qəza dayanma işıq siqnalı, yalnız avtomobil qəzalı və nasaz vəziyyətdə olduğu halda yandırılmalıdır. Qanunvericilikdə göstərilib ki, dayanmanın qadağan edildiyi yerdə nəqliyyat vasitəsi məcburi dayandıqda və ya hərəkət hissəsində olması yol hərəkətinin digər iştirakçılarına maneə yaradırsa, sürücü qəza dayanması işıq siqnalını yandırmalıdır. Məcburi dayanma maşının nasaz və qəzalı vəziyyəti kimi başa düşülür.

Keçidlərdə dayanıb piyadaya yol vermək məcburi dayanma halı hesab olunmur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti