Xəzər Xəbər

Azərbaycan sülh istəyir, Ermənistan isə vəziyyəti bilərəkdən gərginləşdirir VİDEO

Veb TV | 20:53 • 29 Sentyabr 2022
Azərbaycan sülh istəyir, Ermənistan isə vəziyyəti bilərəkdən gərginləşdirir

Ermənistan Xarici İşlər Nazirliyinin guya Azərbaycan tərəfinin sentyabrın 28-də  atəşkəs rejimini pozması ilə bağlı əsassız bəyanatı, habelə bu ölkənin baş nazirinin sosial şəbəkə hesabı üzərindən Azərbaycana qarşı saxta ittihamları açıq şəkildə Ermənistanın bölgədəki vəziyyəti gərginləşdirmək məqsədi güddüyünü göstərir.

Bunu "Xəzər Xəbər"ə açıqlamasında Xarici işlər Nazirliyinin mətbuat katibi Lelya Abdullayeva deyib.

Leyla Abdullayeva qeyd edib ki, Ermənistandan fərqli olaraq, sülh gündəliyinin təşəbbüskarı olan, işğaldan azad edilmiş ərazilərimizdə irimiqyaslı bərpa-quruculuq və nəqliyyat kommunikasiyalarının açılması üçün sürətlə iş aparan Azərbaycan bölgədə gərginliyin yaranmasında maraqlı deyil.

Xezerxeber.az-ın məlumatına görə, mövzu ilə bağlı danışan siyasi ekspert Murad Sadəddinov isə bildirib ki, tez-tez təxribatlara əl atan Ermənistan əslində özünü uçuruma aparır. Onun sözlərinə görə, Ermənistan tərəfindən bölgədə gərginliyin bilərəkdən artırılması normallaşma prosesinə zərbə vurmağa hesablanıb.

Murad Sadəddinov hesab edir ki, qarşı tərəf hələ də öz səhvlərindən nəticə çıxarmır. Ermənistan beynəlxalq güclərin regiona olan maraqlarından sitifadə edərək barışmaz siyasət yürüdür. Regionda gərginliyin qalmasında maraqlı olan Ermənistanın əsas məqsədlərindən biri sülh danışıqlarına xələl gətirməkdir. Məğlub ölkənin siyasi gedişləri üçün daha ağır nəticələrə səbəb ola bilər.

Ekspert vurğulayıb ki, beynəlxalq platformlarda vəziyyət düzgün qiymətləndirilməlidir. Ermənistana saxta iddialar hesabına oyun oynamağa imkan verilməməlidir. Əksinə, onlara təzyiqləri atırmaqla sülh prosesinə töhfə vermək lazımdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar