Xəzər Xəbər

Onlayn tədris proqramında yeni funksiya işə salındı

“Microsoft” bu yenilikləri “Ignite 2021” sərgisi çərçivəsində nümayiş etdirib.
Texnologiya | 10:13 • 4 Mart 2021
Onlayn tədris proqramında yeni funksiya işə salındı

Azərbaycanda daha çox onlayn tədris məqsədilə istifadə olunan “Microsoft Teams” servisində yeni funksiya işə salınıb.

Bu barədə "Kommersant" nəşri məlumat yayıb.

Bildirilib ki, artıq proqram üzərindən min nəfərədək şəxsin iştirakı ilə interaktiv vebinarların keçirilməsi mümkündür.

Proqramda həmçinin vebinarlar üçün nizamlanan qeydiyyat, genişləndirilmiş təqdimat imkanları, çat və ya videonun söndürülməsi, eləcə də vebinar haqqında hesabatın hazırlanması funksiyaları da tətbiq olunub.

Əgər onlayn tədbirdə iştirakçıların sayı mindən çox olarsa, o zaman “yalnız baxış üçün” rejiminə keçməklə 20 minədək auditoriyanı əhatə etmək olar.

Qeyd edək ki, “Microsoft” sözügedən yenilikləri “Ignite 2021” sərgisi çərçivəsində nümayiş etdirib./Publika.az

Xəbər lenti