Xəzər Xəbər

Adil Kərimli: Azərbaycan kinosunun strategiyası hazırlanır

Mədəniyyət | 11:50 • 20 Aprel 2023
Adil Kərimli: Azərbaycan kinosunun strategiyası hazırlanır

Azərbaycan kinosunun 2020-2040-cı il strategiya sənədi hazırlanır. Ümid edirik bu forumda səsləndirilən fikirlər, təkliflər həmin strategiyada öz əksini tapacaq.

Xezerxeber.az xəbər verir ki, bunu “Azərbaycan Kinosu - 125: reallıq, çağırışlar və hədəflər” mövzusunda Kino Forumunda çıxışı zamanı mədəniyyət naziri Adil Kərimli söyləyib.

Nazir deyib: “Cəmi 10 gün bundan öncə burada Teatr Forumu təşkil edilmişdi. Teatr sahəsində dəyərli insanlar bir araya gələrək müzakirələr aparmışdılar. Ümid edirik Kino Forumunda da müzakirələr əsnasında problemlərin həlli yolları müəyyən ediləcək”.

Xəbər lenti

Çox oxunanlar