Xəzər Xəbər

Türkiyə ixracatda tarixi rekorda imza atıb

İqtisadiyyat | 13:00 • 4 Aprel 2024
Türkiyə ixracatda tarixi rekorda imza atıb

Bu ilin yanvar-mart ayları ərzində ixrac həcmini 63,7 milyard ABŞ dollarına çatdıran Türkiyə bütün zamanların ilk rüb rekordunu qırıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə məlumatı ticarət naziri Ömər Bolat açıqlayıb.

Onun sözlərinə görə, Türkiyənin 2024-cü ilin mart ayı ixracat rəqəmi 22 milyard 578 milyon dollar olub. Bu rəqəmin yanvar ayında 20 milyard, fevralda isə 21,1 milyard dolların üzərində olması, ixracatın aylıq ifadədə artmağa davam etdiyini göstərir.

Bildirilib ki, ötən illə müqayisədə mart ayı üzrə 4,1 faiz azalma olub. Lakin bu rəqəm mart ayında əldə edilən üçüncü ən yüksək ixrac dəyəri olaraq qeydə alınıb.

Xəbər lenti