Xəzər Xəbər

Ölkəyə elektrik avtomobilləri gətirmək istəyənlər üçün VACİB AÇIQLAMA

Brifinqdə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bildirib.
İqtisadiyyat | 13:49 • 4 Mart 2021
Ölkəyə elektrik avtomobilləri gətirmək istəyənlər üçün VACİB AÇIQLAMA

Elektrik avtomobillərinin rəsmiləşdirilməsi digər mallarda olduğu kimi elektron bəyannamə əsasında dəyərinə görə gömrük rüsumları hesablanır.

XəzərXəbər xəbər verir ki, brifinqdə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bildirib.

“Bu zaman əlavə dəyər vergisi hesablanır. Digər vergilər hesablanmır. Bunlar azad olunmadır. Vətəndaş, yaxud sahibkar electron şəkildə bəyənnaməsini edir və ödəmə edir.

Bu proses yarım saat da çəkə bilər, bir saat da vaxt apara bilər. Bizimlə bağlı xüsusi olaraq yeni avtomobillərlə bağlı problemlərimiz yoxdur”, - deyə Səfər Mehdiyev bildirib.

Xəbər lenti

Çox oxunanlar