Xəzər Xəbər

Bakıda işıqforun işləməməsi qəzaya səbəb oldu

Hadisə | 09:09 • 27 Sentyabr 2022
Bakıda işıqforun işləməməsi qəzaya səbəb oldu

Bakının Xətai rayonunda yol qəzası baş verib.

XəzərXəbər APA-ya istinadən xəbər verir ki, hadisə 8 Noyabr prospektində qeydə alınıb.

“Mercedes” markalı avtomobilin sürücüsü işıqforla tənzimlənən yol ayrıcından keçərək əsas yola daxil olmaq istəyib. Bu zaman o idarə etdiyi avtomobili əsas yolda olan digər “Mercedes” markalı maşına çırpıb. Sürücülər bildirib ki, qəza zamanı işıqfor işləməyib. Hadisə də bu səbəbdən baş verib.

Faktla bağlı avtotexniki ekspertiza təyin edilib.

Xəbər lenti