Xəzər Xəbər

Qara Qarayev De Byazi ilə arasındakı gərginliyin səbəbini AÇIQLADI

Hadisə | 20:41 • 26 Sentyabr 2022
Qara Qarayev De Byazi ilə arasındakı gərginliyin səbəbini AÇIQLADI

Azərbaycan millisinin futbolçusu Qara Qarayev baş məşqçi Canni De Byazi ilə arasındakı gərginliyin səbəbini açıqlayıb.

“Report” xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi İctimai Televiziyada yayımlanan "Bol idman" verilişində problemin məşq vaxtı italiyalı mütəxəssisin ona dediyi sözlərdən qaynaqlandığını bildirib.

“Qarabağ”da çıxış edən təcrübəli oyunçunun sözlərinə görə, 66 yaşlı baş məşqçi ona boyunun balaca olduğunu və həmin mövqedə ucaboy futbolçu oynatmaq istədiyini söyləyib:

“Bu söhbət federasiya rəhbərliyi və mətbuat katibinə yaxın yerdə oldu. İctimai rəyi mənim üstümə yönləndirməyini heç vaxt qəbul etməmişəm. De Byazinin dediyi kimi, özüm bilirəm. Hətta çox şeyi bilirəm. Sadəcə, bilmirəm ki, bunlar kimin daha çox ziyanına və ya xeyrinə işləyəcək”.

Qeyd edək ki, Canni De Byazi Qara Qarayevi Millətlər Liqasının qrup mərhələsində Slovakiya və Qazaxıstanla oyunlara dəvət etməyib.

Rubrikanın digər xəbərləri

Bakıda restoranda
Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024
Sədərək rayonunda PARTLATIŞ
Sədərək rayonunda PARTLATIŞ ÖLƏNLƏR VAR
17:21 • 28 Aprel 2024
ANAMA-nın əməkdaşı Şuşada
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb
13:00 • 27 Aprel 2024
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb
318 | 10:06 • 27 Aprel 2024
Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024