Xəzər Xəbər

Paşinyan: Ermənistanın Azərbaycan və Türkiyə ilə düşmənçiliyinə son qoyulmalıdır

Gündəm | 15:12 • 7 May 2024
Paşinyan: Ermənistanın Azərbaycan və Türkiyə ilə düşmənçiliyinə son qoyulmalıdır

Ermənistanın Azərbaycan və Türkiyə ilə düşmənçiliyinə son qoyulmalıdır. Biz, düşmənçilik münasibətlərini sıfıra endirməyə nail olmalıyıq.

Xezerxeber.az xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan mayın 7-də keçirdiyi mətbuat konfransında bildirib.

Ölkəsinin Gürcüstan və İranla mehriban qonşuluq əlaqələrinin olduğunu vurğulayan Nikol Paşinyan deyib ki, Ermənistanın Azərbaycan və Türkiyə ilə də münasibətləri normallaşmalıdır.

“Gürcüstanla və İranla münasibətlərin dərinləşdirilməsi, Azərbaycanla və Türkiyə ilə düşmənçiliyin aradan qaldırılması, regional nəqliyyat əlaqələrinin inkişafı, iqtisadi münasibətlərin qurulması və regional inkişaf rəsmi İrəvanın mövqeyidir”, - deyə N.Paşinyan vurğulayıb.

Xəbər lenti

Çox oxunanlar