Xəzər Xəbər

İstanbulda Qalata qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb FOTO

Gündəm | 08:50 • 29 May 2023
İstanbulda Qalata qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

İstanbulda Qalata qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

Xezerxeber.az xəbər verir ki, Azərbaycanda 28 May – Müstəqillik Günü qeyd edilib.

XX əsr tarixə yalnız elm, texnika əsri kimi yox, həm də milli oyanış, xalqların müstəmləkəçilikdən azad olması və milli dövlətlərin yaranması əsri kimi də daxil olub.Azərbaycan Xalq Cümhuriyyəti təkcə Azərbaycanda deyil, bütün Şərqdə ilk demokratik respublika idi. Bu, respublika parlamentli dövlət idi. Onun dövlət atributları - bayrağı, himni, gerbi qəbul edildi. Üçrəngli bayraqda türkçülük, islamçılıq və avropalaşmaq bir vəhdətdə idi. Ancaq Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşaya bildi. 1920-ci il aprelin 28-də bolşeviklərin 11-ci ordusu Azərbaycanı işğal etdi və respublika süquta uğradı.

Xəbər lenti