Xəzər Xəbər

Azərbaycan-Türkiyə əlaqələrinin bu gün dünyada bənzəri yoxdur İlham Əliyev

Gündəm | 23:55 • 28 May 2023
Azərbaycan-Türkiyə əlaqələrinin bu gün dünyada bənzəri yoxdur

Tarixən qırılmaz tellərlə bir-birinə bağlı olan xalqlarımızın iradəsindən qaynaqlanan Azərbaycan-Türkiyə əlaqələrinin bu gün dünyada bənzəri yoxdur.

Xezerxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin Rəcəb Tayyib Ərdoğana ünvanladığı məktubda deyilir

"Sarsılmaz dostluq və qardaşlığımız, qarşılıqlı faydalı əməkdaşlığımız, birgə gerçəkləşdirdiyimiz irimiqyaslı layihələr strateji müttəfiqliyimizi səciyyələndirən mühüm amillər olmaqla yanaşı, eyni zamanda regional əməkdaşlığın, təhlükəsizliyin və sabitliyin onurğa sütununu təşkil edir", - məktubda qeyd olunub.

Xəbər lenti