Xəzər Xəbər

Vətən müharibəsindən sonra cinayət törətmiş bir neçə erməni istintaqa cəlb edilib - Baş prokuror

Gündəm | 10:24 • 1 Oktyabr 2022
Vətən müharibəsindən sonra cinayət törətmiş bir neçə erməni istintaqa cəlb edilib - Baş prokuror

Ermənistanın törətdiyi cinayətlərlə bağlı mütəmadi cinayət işləri başlanılıb və təqsirli şəxslər müəyyən edildikdə beynəlxalq axtarışa verilir.

Xezerxeber.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Baş prokuror Kamran Əliyev deyib.

O bildirib ki, bəzən həmin şəxslərin Azərbaycana ekstradisiya edilməsi, istintaqa cəlb edilməsində müəyyən çətinliklər olur: “Buna baxmayaraq, Vətən müharibəsindən sonra bir neçə cinayət törətmiş şəxsləri tapdıq və istintaqa cəlb etdik”.

Baş prokurorun sözlərinə görə, Xocalı soyqırımında iştirak etmiş şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi mümkün olub: “Bu məsələnin başqa bir üstünlüyü ondan ibarətdir ki, Azərbaycan beynəlxalq məhkəmələrdə, xüsusən beynəlxalq ədalət məhkəməsində Ermənistana qarşı qaldırdığı iddiaların irəli sürülməsində istintaq zamanı əldə olunan sübutlardan istifadə olunub”.

Xəbər lenti

Çox oxunanlar