Xəzər Xəbər

Ötən il 8 hakim məsuliyyətə cəlb edilib

Gündəm | 15:32 • 1 Mart 2021
Ötən il 8 hakim məsuliyyətə cəlb edilib

Ötən il 8 hakim intizam məsuliyyətinə cəlb edilib, fəaliyyətində aşkar edilən pozuntular 80-dən çox hakim və məhkəmə sədrinin diqqətinə çatdırılıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Məhkəmə-Hüquq Şurasının video formatda keçirilən iclasında deyilib. 

Şura sədri, ədliyyə naziri Fikrət Məmmədovun rəhbərliyi ilə keçirilən iclasda bildirilib ki, hesabat dövründə 16 hakimin səlahiyyətlərinə müxtəlif əsaslarla, o cümlədən səlahiyyət müddəti uzadılmadığına görə xitam verilib.

Qeyd olunub ki, korrupsiyaya şərait yaradan halların qarşısının alınması və obyektivliyin təmin olunması məqsədilə Şura tərəfindən məhkəmələrdə monitorinqlər aparılaraq, yol verilən bir çox nöqsanlar aradan qaldırılıb, o cümlədən 2 məhkəmə sədri intizam məsuliyyətinə cəlb olunub. Fəaliyyətdə şəffaflığın təmin edilməsi üçün məhkəmə qərarlarının dərci üzrə xüsusi proqram təminatı hazırlanıb.

Xəbər lenti