Xəzər Xəbər

Türkiyənin ikinci astronavtı kosmosa yollanacaq

Dünya | 16:00 • 7 May 2024
Türkiyənin ikinci astronavtı kosmosa yollanacaq

Türkiyənin ikinci astronavtı Tuva Cihangir Atasever iyunun 8-də kosmosa yola salınacaq.

Xezerxeber.az xəbər verir ki, bu barədə məlumatı Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır açıqlayıb.

Ataseverin suborbital tədqiqat uçuşu edəcəyini deyən nazir iyunun 8-də reallaşacaq uçuşun elmi araşdırmalara töhfə verəcəyini vurğulayıb.

Bildirilib ki, uçuş ABŞ-ın Nyu-Meksika ştatında yerləşən “Spaceport” kosmik stansiyasından həyata keçiriləcək.

Xatırladaq ki, Türkiyənin ilk astronavtı Alper Gezeravcı bu il yanvarın 18-də kosmosa ilk uçuşunu edib.

Xəbər lenti

Çox oxunanlar