Xəzər Xəbər

Builki qabiliyyət imtahanında yenilik edilib

Cəmiyyət | 11:21 • 1 May 2024
Builki qabiliyyət imtahanında yenilik edilib

Keçən ildən fərqli olaraq, 2024/2025-ci tədris ili üçün musiqi sənəti istiqamətinin bakalavriat səviyyəsinə keçiriləcək qabiliyyət imtahanlarında abituriyentlər öncə ixtisas imtahanlarında iştirak edəcəklər.

Xezerxeber.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

İxtisas imtahanından müsbət qiymət alan abituriyentlər nəzəriyyə fənləri üzrə test imtahanında iştirak etmək hüququ qazanacaqlar. 

“Məlumat üçün qeyd edirik ki, orta ixtisas təhsili müəssisələrinin musiqi sənəti istiqaməti üzrə keçiriləcək qabiliyyət imtahanlarında abituriyentlər yalnız ixtisas imtahanı verirlər”, - DİM bildirib.

Xəbər lenti

Çox oxunanlar