Xəzər Xəbər

Ukraynada 3 mindən çox məhkum müharibədə iştirak üçün müraciət edib

Dünya | 15:28 • 21 May 2024
Ukraynada 3 mindən çox məhkum müharibədə iştirak üçün müraciət edib

Üç min nəfərdən çox məhkum müharibədə iştirak etmək üçün şərti azadlığa buraxılması ilə bağlı müraciət edib.

Xezerxeber.az-ın yerli mediaya istinadən məlumatına görə, bunu Ukraynanın ədliyyə nazirinin müavini Olena Vısotska deyib.

O bildirib ki, əvvəlki sorğularda bu göstərici 4,5 min nəfər olub. Onun sözlərinə görə, ərizə-anketi dolduranların heç də hamısı orduya cəlb edilməyəcək: “Əvvəlcə onlar müayinələrdən keçiriləcək. Əgər yoluxucu və təhlükəli xəstəliklər aşkarlansa belə, şəxslər səfərbərlikdən kənarda qalacaq. Bizə məlum olan rəqəmlər nisbidir, çünki müharibədə iştirak etmək istəyən məhkumların sayı daha çox ola bilər. Hazırda haqqında bəhs etdiyim bütün şəxslər müvafiq müayinələrdən keçir. Bundan sonra isə onlar məhkəmənin qərarı ilə şərti olaraq azadlığa buraxılır. Bu qəbildən olan şəxslər müqavilə bağlamaqdan imtina edirsə, onları 10 ilədək həbs cəzası gözləyir”.

Qeyd edək ki, məhkumların müharibədə iştirakına icazə verən sənəd mayın 8-də ikinci oxunuşda qəbul edilib. Ukrayna lideri Volodimir Zelenski həmin qanunu 17 may tarixində imzalayıb.

Rubrikanın digər xəbərləri

Həcc ziyarəti zamanı 577 zəvvar
Həcc ziyarəti zamanı 577 zəvvar HƏYATINI İTİRDİ
08:56 • 19 İyun 2024
İranda zəlzələ olub
İranda zəlzələ olub ÖLƏNLƏR VAR
17:29 • 18 İyun 2024
İsrail generalından Rəfahda hərbi əməliyyatlar
İsrail generalından Rəfahda hərbi əməliyyatlar BARƏDƏ
17:58 • 17 İyun 2024
Həcc ziyarəti zamanı onlarla
Həcc ziyarəti zamanı onlarla insan öldü
19:51 • 16 İyun 2024
Ermənistanda etirazçıların kütləvi həbsinə
Ermənistanda etirazçıların kütləvi həbsinə BAŞLANILDI
12:03 • 15 İyun 2024

Xəbər lenti

Çox oxunanlar