Xəzər Xəbər

Ermənilərin qoyub qaçdığı Ağdərənin son görüntüləri VİDEO

Veb TV | 15:09 • 29 Sentyabr 2020
Ermənilərin qoyub qaçdığı Ağdərənin son görüntüləri

"Ağdərə boşaldılıb, şəhərdə həyəcan siqnalı səsi eşidilir".

Bunu "Komsomolskaya pravda"nın əməkdaşı bildirib. Jurnalist Aleksandr Kots küçələri boşalan şəhərdən video kadrlar çəkib. Həyəcan siqnalı verilən şəhərin yeni görüntülərini çəkən jurnalist qeyd edib ki, təmas xəttinə daha yaxın olan Ağdərədə vəziyyət Xankəndidə olduğundan da gərgindir.

Xatırladaq ki, gecə döyüşlərində cəbhənin Ağdərə istiqamətində düşmənin Madagizdən hərəkət edən zirehli və avtomobil texnikasından ibarət qarışıq kolonu və onların hərəkətinə atəş dəstəyi verən artilleriya batareyası Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri və cəbhənin bu istiqamətdə yerləşən qoşunlarımız tərəfindən məhv edilib.

Müdafiə Nazirliyi ötən gün yaşayış məntəqələrimizi atəşə tutan Ermənistan silahlı qüvvələrinin Ağdərə istiqamətində yerləşən artilleriya bölmələrinə zərbələr endirildiyini bildirib."Azərkosmos"da Vardenis-Ağdərə yolu da daxil olmaqla hər bir qarış torpağımızda monitorinqlər aparılır.

Xəbər lenti