Xəzər Xəbər

İstanbula dolu yağdı VİDEO

Veb TV | 14:46 • 29 Sentyabr 2020
İstanbula dolu yağdı

Sentyabrın 29-da İstanbula güclü leysan yağışı və dolu yağıb.


Şəhərin üstünü anidən örtən qara buludlar və əsən güclü küləklə müşahidə olunan əlverişsiz hava şəraiti avtomobillərin hərəkətində çətinliklər yaradıb. Şəhərin bəzi bölgələrində dolu dənələrinin böyüklüyü və yağıntının şiddəti səbəbindən nəqliyyat vasitələrinə ciddi zərər dəyib. İstanbulun mərkəzi küçələrində iri gölməcələr yaranıb. Hazırda təbiət hadisəsinin fəsadlarının aradan qaldırılması istiqamətində işlər aparılır.


Qeyd edək ki, Türkiyənin Meteorologiya Baş İdarəsi tərəfindən İstanbulda hava şəraitinin kəskin dəyişəcəyi, güclü leysan yağışlarının yağacağı, şəhərdə selə səbəb ola biləcəyi ilə bağlı əvvəlcədən xəbərdarlıq edilmişdi./AZƏRTAC


Xəbər lenti