Xəzər Xəbər

“Dünya Xocalını Tanıdır”

Veb TV | 20:00 • 20 Fevral 2014
“Dünya Xocalını Tanıdır”

 

Türkiyənin İzmir şəhərində təhsil alan azərbaycanlı tələbələr Xocalı soyqırımının 22-ci ildönümü münasibətilə Azərbaycan Dialoq və Qardaşlıq Dərnəyinin təşkilatçılığı ilə “Dünya Xocalını Tanıdır” adlı layihəyə start veriblər.

 Layihənin əsas məqsədi qətliamın 22-ci ildönümündə ermənilər tərəfindən 613 Azərbaycan vətəndaşının amansızcasına qətl edildiyi, 487 nəfərin yaralandığı, 1275 nəfərin əsir alındığı insanlığa yaraşmayan faciə haqqında fərqli mədəniyyətlərdən olan əcnəbi tələbələrin daha yaxından bilgiləndirilməsidir.

“Dünya Xocalını tanıdır” layihəsi araşdırma və öyrənmə tərzində reallaşdırılan bir bilik yarışması olaraq keçirilir. Layihədə iştirak etmək istəyən əcnəbi tələbələr www.dunyahocaliyianlatiyor.com ünvanlı saytda “layihə yüklə” bölməsindən istifadə edərək layihələrini göndərə bilərlər.

Layihələrin seçim turu fevralın 23-də başa şatacaq və eyni gün İzmirin Bayraqlı səmtində yerləşən,  Təpəqülə Konqres və Mədəniyyət Mərkəzində təşkil ediləcək tədbir sonrası qaliblərə hədiyyələr təqdm ediləcək. Göndərilən layihələrdən ən yaxşı 10 layihə müəllifi “Apple İpad” Tableti ilə mükafatlandırılacaq.

Xəbər lenti