Xəzər Xəbər

Zibil toplayan maşın tərəfindən vurulan şəxsin hadisəsi ilə bağlı TƏFƏRRÜATLAR VİDEO

Veb TV | 21:30 • 29 Mart 2024
Zibil toplayan maşın tərəfindən vurulan şəxsin hadisəsi ilə bağlı TƏFƏRRÜATLAR

Ailəli idi, çörək pulunu zibil toplamaqla çıxarırdı. 51 yaşlı Məmməd Əzizağa oğlu Babakişiyevin işi gecələr məişət tullantıları dolu konteynerləri zibil maşınına yükləmək idi...

Xezerxeber.az xəbər verir ki, ötən gecə Afiyəddin Cəlilov küçəsində işinin başında Məmməd Babakişiyevin başına bədbəxt hadisə gəlib. Belə ki, zibil konteynerini zibil maşınına yükləyərək sürücünün maşını sürməsini gözləyib. Həmin an yüksək sürətlə hərəkət edən minik maşını onu vurub.

Klinik Tibbi mərkəzdən “Xəzər Xəbər”ə bildirildi ki, həkimlər onun həyatını xilas etmək üçün hər iki ayağını amputasiya ediblər. 

Avtomobil  qəzası nəticəsində xəsarət alan Məmməd Babakişiyevin vəziyyət ağır-stabil olaraq qiymətləndirilir. Məmməd Balakişiyevin müalicəsi hazırda Reanimasiya şöbəsində davam etdirilir.

DİN-dən “Xəzər Xəbər”ə bildirildi ki, Xətai Rayon Polis İdarəsində hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Avtotexniki ekspertiza təyin olunub. Xətai rayon İcra Hakimiyyətindən, həmçinin Xətai rayon MİS-dən “Xəzər Xəbər”ə bildirdi ki, həmin şəxs Xətai rayon MİS işçisi deyil, hansısa özəl şirkətin çalışanı olub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti