Xəzər Xəbər

Azərbaycanda təcili tibbi yardıma vertolyotların alınması TƏKLİF EDİLDİ VİDEO

Veb TV | 21:50 • 29 Mart 2024
Azərbaycanda təcili tibbi yardıma vertolyotların alınması TƏKLİF EDİLDİ

İndiyə qədər yalnız 3 jurnalist güzəştli ipoteka krediti alıb.

Xezerxeber.az xəbər verir ki, bunu Milli Məclisdə "İpoteka haqqında" qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib. Deputat ipoteka kreditləri üzrə şərtlərin yüngülləşməsini təklif edib.

Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Pensiya yaşının azaldılması ilə bağlı geniş müzakirə aparıldığına diqqət çəkib. Yeni təcili tibbi yardım maşınlarının alınmasını təqdir edən deputat  Qüdrət Həsənquliyev isə  təcili tibbi yardım vertolyotlarının da alınmasını vacib sayıb.

Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsilhaqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. Bu, müzakirəyə çıxarılan "Təhsil haqqında" Qanuna dəyişiklikdə qeyd olunub. Dəyişikliyə əsasən - valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, şəhid ailəsinin üzvləri, ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə "Müharibə veteranı" adı almış şəxslər, Çernobil qəzası nəticəsində zərər çəkmiş və birbaşa radioaktiv şüalanmaya məruz qalmaq ehtimalı olmuş valideynlərin birindən olan uşaqların təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.

Məsələ müzakirələrdən sonra I oxunuşda səsverməyə çıxarılaraq qəbul olunub.

Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024