Xəzər Xəbər

Qərbin Cənubi Qafqaza müdaxilə etmək CƏHDİ VİDEO

Veb TV | 22:00 • 29 Mart 2024
Qərbin Cənubi Qafqaza müdaxilə etmək CƏHDİ

Xəbər verdiyimiz kimi, aprel ayının 5-də Ermənistanın baş naziri, ABŞ dövlət katibi və Aİ-komissiyasının rəhbəri arasında görüşü keçiriləcək.

Görünən odur ki, Qərbin hay təəssübkeşliyi işini axsatmır. Hər vəchlə Ermənistanı regionda maşa kimi istifadə edən qüvvələr bu gün də iş başındadılar. Hətta Rusiya Xarici İşlər Nazirliyinin Mətbuat katibi Mariya Zaxarova aprelin 5-də Brüsseldə keçiriləcək bu üçtərəfli görüşü "Qərbin Ermənistanın Rusiya ilə ittifaqını pozmaq səyləri" kimi qiymətləndirib. Ardınca Rusiya xarici işlər naziri Sergey Lavrov müsahibəsində Ermənistan baş naziri Nikol Paşinyanı ikitərəfli münasibətlərin pozulmasında ittiham edib. O qeyd edib ki, Ermənistan rəsmiləri Aİ-na daha çox bel bağlamaq lazım olduğunu bildirib.

Azərbaycan da hesab edir ki, Ermənistan və Azərbaycan arasındakı sülh prosesi iki üzlü vasitəçilərin iştirakı olmadan baş tutarsa, region öz sabitliyinə qovuşacaq.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elşad Mirbəşiroğlu bilidirib ki, hazırki ssenari Cənubi Qafqaz regionu üçün qarşıdakı təhlükələrdən xəbər verir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti

Çox oxunanlar