Xəzər Xəbər

Kiberdələduzlar aktivləşib - Kart məlumatlarınızı göz bəbəyiniz kimi qoruyun VİDEO

Veb TV | 20:10 • 29 Mart 2024
Kiberdələduzlar aktivləşib - Kart məlumatlarınızı göz bəbəyiniz kimi qoruyun

Beh almaq adı ilə vətəndaşların kart məlumatlarını ələ keçirərək kiberdələduzluq edirlər.

Xezerxeber.az xəbər verir ki, Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edərək hesab məlumatlarını naməlum şəxslərlə paylaşmamağı tövsiyə edib.

Nazirliyin əməkdaşı Ağgül Həmdizadə deyir ki, onlayn məkanda ən çox oğurluq və dələduzluq cinayətləri baş verir.

O əlavə etdi ki, xüsusi ilə də son günlərdə kiberdələduzlar hansısa bir məhsulu ucuz qiymətə elan satylarında paylaşırlar.

Ağgül Həmdizadə deyir ki, vətəndaşlar kiberdələduzların toruna düşməmək üçün bir neçə məqama diqqət etməlidirlər. Hər bir şəxs bilməlidir ki, bank kartının məlumatları məxfi saxlanılmalıdır.

Bəs bu cür dələduzların qurbanına çevrilən şəxslər nə etməlidirlər?

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti

Çox oxunanlar