Xəzər Xəbər

Bölgələrdə narkotikə qarşı mübarizə DAVAM EDİR VİDEO

Veb TV | 20:20 • 29 Mart 2024
Bölgələrdə narkotikə qarşı mübarizə DAVAM EDİR

Şirvanda saxlanılan şəxsdən 4 kiloqram  narkotik vasitə götürülüb.

Xezerxeber.az xəbər verir ki, əcnəbi vətəndaşa narkokuryerlik edən Sabirabad rayon sakini Amid Xələfov şübhəli kimi saxlanılıb. Saxlanılan zaman onun üzərindən  çəkisi 4 kiloqramdan artıq olan heroin və marixuana aşkar edilib. Araşdırmalarla Amid Xələfovun sosial şəbəkələr vasitəsilə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşının təklifi ilə maddi gəlir müqabilində narkokuryerliyə cəlb edildiyi müəyyən edilib.

Faktla bağlı  cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Qazaxda da  narkotik satmaqda şübhəli bilinən  Ağstafa rayon sakini Şöhrət Orucov saxlanılıb. Onun əlindəki çantadan 3 kiloqram marixuana, həşiş, tiryək və bir ədəd elektron tərəzi aşkar olunub. Araşdırmalarla müəyyən edilib ki, Şöhrət Orucov narkotikləri öz istifadəsi və satış üçün əldə edib. Saxlanılan şəxs kuryer fəaliyyətini pul müqabilində həyata keçirdiyini bildirib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024