Xəzər Xəbər

Xətai rayonunda piyadalar üçün quraşdırılmış işıqforlar işləmir VİDEO

Veb TV | 20:39 • 25 Mart 2024
Xətai rayonunda piyadalar üçün quraşdırılmış işıqforlar işləmir

Bakının Xətai rayonu, Nəsrəddin Tusi küçəsində piyadalar üçün quraşdırılmış işıqforların heç biri işləmir. Bu səbəbdən də piyadalar yolu keçmək istəyərkən təhlükə ilə üzləşirlər.

Xezerxeber.az-ın məlumatına görə, sözügedən yoldan mütəmadi istifadə edən piyadalar deyirlər ki, işıqforlar uzun müddətdir, işləmir. Onların sözlərinə görə, bu səbəbdən də ərazidə piyadavurma halları tez-tez baş verir.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən "Xəzər Xəbər"ə bildirilib ki, yaxın günlərdə əraziyə baxış keçiriləcək. Problemin səbəbi dəqiqləşdirildikdən sonra həlli istiqamətində müvafiq addımlar atılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti

Çox oxunanlar