Xəzər Xəbər

Masazırda yol problemi: "Qışda palçıq, yayda toz olur" VİDEO

Veb TV | 19:50 • 25 Mart 2024
Masazırda yol problemi: "Qışda palçıq, yayda toz olur"

Abşeron rayonu, Masazır qəsəbəsində 500-ə yaxın sakinin yaşadığı ərazidə küçə keçilməz vəziyyətdədir.

Xezerxeber.az-ın məlumatına görə, Masazır qəsəbəsinin Sarı Aşıq küçəsinin sakinləri deyirlər ki, yağış yağan kimi yoldan istifadə çətinlik yaradır.

Sakinlər bildirirlər ki, dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, problem həll olunmayıb. Küçədə qrunt suların axıdılması üçün drenaj şəbəkəsi də yoxdur. Bu səbəbdən evlərin həyətlərinə su dolur.

Masazır bələdiyyəsidən "Xəzər Xəbərə" bildirilib ki, Sarı Aşıq küçəsində təmir işlərinin aparılması artıq tədbirlər planına salınıb, yaxın vaxtlarda işlərə başlanacaq.

O da qeyd olunub ki, Sarı Aşıq küçəsi ilə bərabər, digər bir neçə küçədə də təmir işləri aparılacaq. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024