Xəzər Xəbər

Azərbaycan qlobal səviyyədə mina probleminin həlli prosesinə töhfə verir VİDEO

Veb TV | 23:18 • 27 May 2023
Azərbaycan qlobal səviyyədə mina probleminin həlli prosesinə töhfə verir

''Azərbaycanda mina təhlükəsi ilə mübarizəyə hərsr olunan konfrans çox böyük əhəmiyyətə malikdir və yaxşı nəticələr verə bilər''.

Xezerxeber.az-ın məlumatına görə, bunu Minadan Zərərçəkənlər Assosiasiyasi ictimai birliyinin sədri Rey Kərimoğlu  deyib.

Onun sözlərinə görə, ölkəmizə dəvət olunan qlobal mina problemi üzrə nümayəndələr, nüfuzlu dünya təşkilatları real informasiya almaqla yanaşı minalı əraziləri öz gözləri ilə görürlər. Bu baxımdan sözügedən konfransın davamlı baş tutması mina problemiın həllinə yaxşı töhfə verə bilər.

Rey Kərımoğlu bildirib ki, 2020-ci il 10 noyabr bəyanatından sonra ərazilərimizdə 2021-cı il istehsalı olan 2700 mina aşkar edilib. Yəni, Ermənistan torpaqlarımızı mina ilə çirkləndirməyə davam edir. Bu çox ciddi və böyükmiqyaslı problemdir.

Mütəxəssis bildirib ki, Azərbaycan qlobal səviyyədə də bu prosesə töhfə verir. Prezident İlham Əliyevin Bakıda keçirilən “Mina Təhlükəsi ilə Mübarizə - Dayanıqlı İnkişafa Gedən Yol” mövzusunda beynəlxalq konfransın iştirakçılarına ünvanladığı məktubda humanitar minatəmizləmənin BMT-nin qlobal 18-ci dayanıqlı İnkişaf Məqsədi  kimi təsis edilməsi təşəbbüsü ilə çıxış etməsi də buna əyani sübutdur.

Rey Kərimoğlunun sözlərinə görə, dövlət başçısının məktubunda qeyd edildiyi kimi, Qoşulmama Hərəkatında Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılması ideyası üzərində işin aparılması da ölkəmizin bu prosesə nə qədər önəm verdiyini sübut edir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti