Xəzər Xəbər

Qarabağı geri qaytaran Ali Baş Komandanı yetişdirən Ata... VİDEO

Veb TV | 20:00 • 10 May 2023
Qarabağı geri qaytaran Ali Baş Komandanı yetişdirən Ata...

Bu gün torpaqlarımız işğaldan azaddırsa, biz həm də Heydər Əliyevə borcluyuq. Təkcə ona görə yox ki, Heydər Əliyev Qarabağı bizə geri qaytaran Ali Baş Komandanı yetişdirən Atadır...

Ulu Öndər Qarabağdan hər danışanda qəzəblənir və hiddətlənirdi...Torpaqlarımızın işğalı ilə heç barışa bilmədi. Hər çıxışında Qarabağdan mütləq söz salır, hətta, sonda üzünü məcburi köçkünlərə tutub, bütün millət qarşısında söz də verirdi...

Qarabağ onun sağalmaz yarası idi. Bu yara  illər ötsə də, qaysaq bağlamadı. Elə hey qanayır, sızlayır, ağrısını el-aləmə də bəlli edirdi. Bəzən o həddə çatdırdı ki, onun üz mimikasından belə içindən keçənləri oxuya bilirdik. Xüsusilə də, dağıdılan evləri, yolları, abidələri gördükcə...

Bir də heç unutmadığı bir məkan var idi- Qaçqın şəhərciyi... Tez-tez  bura yollanır, sıravi insanlar ilə sıx təmasda olurdu. Məcburi köçkünlərin hər birini diqqətlə dinləyir, əksər problemləri elə yerindəcə həll edir, kiminə ev bağışlayır, kiminə toy edirdi....

Onu ən çox əsəbiləşdirən isə sözü ilə əməli, daha doğrusu, mərami ilə amalı üst-üstə düşməyən beynəlxalq təşkilatlar, xüsusilə, ATƏT-in Minsk Qrupu idi. Artıq bir müddətdir ki, pensiyaya göndərdiyimiz bu təşkilatın elə o vaxtki diaqnozunu da Ulu Öndər dəqiq qoymuşdu.

Nəhayət, 2020-cı ildəki Vətən müharibəsi ilə Minsk Qrupuna əlvida deyildi.. İndi isə bütün arzuların, xəyal və istəklərin çin olduğu bir tarix yaşayırıq. Şuşanın Cıdır  düzündən dünyaya  səslənir, Kəlbəcər qayalarından enib,  Laçın düzlərinin seyrinə çıxırıq. Zəngilan-Füzuli Hava Limanları sayəsində  göylərə ucalır, dualarımız ilə Ağdam məscidinə yollanırıq.

"Bəli,  Ulu Öndərin ruhu, bu millətin ürəyi şaddır bu gün.... Çünki bizim Qarabağımız azaddır bu gün!!!"

Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti