Xəzər Xəbər

Uşaqlar üçün yol hərəkəti qaydaları ilə bağlı videoçarx hazırlanıb VİDEO

Veb TV | 12:05 • 23 Noyabr 2022
Uşaqlar üçün yol hərəkəti qaydaları ilə bağlı videoçarx hazırlanıb

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məktəbəqədər uşaqlar və ibtidai sinif şagirdləri üçün yol hərəkəti qaydalarını təbliğ edən qısametrajlı videomaterial hazırlayıb.

Mərkəzdən verilən xəbərə görə, materialın hazırlanmasında əsas məqsəd yol hərəkətinin təməl qaydalarının animasiya şəklində daha asan və anlaşılan formada təqdim olunmasından və uşaqlar arasında yol hərəkəti qaydaları ilə bağlı maarifləndirmə işlərinin aparılmasından ibarətdir: "Çünki yalnız qaydalar yolda və küçədə insanların təhlükəsizliyini təmin edir və onların həyatını qoruyur. Uşaqlar, gəlin qaydaları birgə öyrənək. Küçədə rahat gəzmək üçün qaydaları yaxşı bilməlisən. Unutmayaq ki, yol hərəkəti qaydaları hamı üçün eynidir".

Xəbər lenti