Xəzər Xəbər

DİQQƏT! 35 yaşlı qadının etdikləri sizi şoka salacaq VİDEO

Veb TV | 10,786 | 21:30 • 26 Oktyabr 2022
DİQQƏT! 35 yaşlı qadının etdikləri sizi şoka salacaq

Yardımlaşmaq, ehtiyacı olana əl tutmaq əlbəttə yaxşı bir haldır. Ancaq indi bəhs edəcəyimiz süjetdə yardım etmək adıyla insanların pulunu mənimsəyən şəxsdən danışacağıq . Hansı ki,  22 yaşlı qızın fotolarından istifadə edib,  başqalarına yardım edirmiş kimi əslində özünə pul yığıb. Bütün bunları Şəkidə yaşayan bir qadın edib. Artıq onun kimliyi də məlumdur 

"Facebook" da  Lamiyə Qafarova, " İnstaqram"  və "Tik-Tok"  sosial şəbəkələrində isə Fidan Məmmədli adlı profillər açıb, yardım adı ilə pul topladılar. İnsanların inamından sui-istifadə etmək azmış kimi, onları təhqir etməkdən də çəkinmədilər...

Adlar müxtəlif olsa da, bütün profillərdə istifadə olunan fotolar  eynidir və hər biri 22 yaşlı Fəridə Rəhimliyə məxsusdur. Bu gənc  qız isə baş verənlərdən tam xəbərsiz olub.  

44 günlük müharibə dönəmində xəstəxanalarda  könüllü olaraq tibb bacısı kimi fəaliyyət göstərən Fəridənin qazilərimiz ilə çox sayda fotoları var. Elə dələduz da özünü insanlara  tibb bacısı kimi tanıdıb və  qazilər ilə olan  şəkillərdən daha çox  istifadə edib. 

Uzun araşdırmanın nəticəsi olaraq, həmin şəxsin kimliyi Rəhimovlar ailəsinə məlum olub. Özünü sosial şəbəkələrdə 24 yaşlı qız  kimi tanıdan bu insan əslində Şəkinin Baş Göynük kənd sakini 35 yaşlı Fərqanə Qafarovadır. 

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin şöbə rəisi Elşad Hacıyev "Xəzər Xəbər"ə bildirdi ki, qarşı tərəfdən üzr istəyən şəxs  cinayət təqibindən yayınmaq üçün bu addımı atıb. Bütün hallarda polis tərəfindən qanunauyğun olaraq zəruri tədbirlər icra olunur. Daxil olan müraciət əsasında araşdırma aparılır. Təfərrüatlar  isə araşdırmadan sonra məlum olacaq.