Xəzər Xəbər

AMEA-nın yeni prezidenti hədəflərini AÇIQLADI VİDEO

Veb TV | 20:54 • 26 Oktyabr 2022
AMEA-nın yeni prezidenti hədəflərini AÇIQLADI

''Çalışacağıq ki, dövlətin dəstəyi ilə Azərbaycan elmini inkişaf etdirək. Elm sahəsində gənc kadrların hazırlanması əsas hədəflərimizdəndir''. Bunu jurnalistlərə açıqlamasında AMEA-nın yeni seçilən prezidenti İsa Həbibbəyli deyib. O, akademiyada yeni struktur dəyişiklikləri çərçivəsində işçilərin sayının azaldılması ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib.

''Qarşımızda Milli Elmlər Akademiyasının yenidən təşkilatlanmasını həyata keçirmək kimi mühüm vəzifə durur''. Bunu AMEA-nın yeni seçilən prezidenti İsa Həbibbəyli deyib. Onun sözlərinə görə ölkə başçısının 28 iyul 2022-ci il tarixli fərmanından sonra artıq Akademiyada yenilənmə prosesi başlayıb.

''Çalışacağıq bu islahatlar prosesi daha da sürətlənsin və tamamlansın. Məqsədimiz azərbaycan elmini dünyaya inteqrasiya etdirməkdir''-deyə İsa Həbibbəyli vurğulayıb. O, akademiyanın bundan sonrakı əsas fəaliyyət istiqamətlərinə diqqət çəkib. 

AMEA-nın prezidenti işçilərin sayının azaldılması ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib. 

''Təbii olaraq bu xidmət sahəsini  təmin edən rəyasət heyətinin işçilərinin də sayı azaldılır. Maksimum çalışırıq ki, onlar elmi tədqiqat müəssisələrinə yerləşsinlər''-deyə İsa Həbibəyli deyib.

Xəbər lenti