Xəzər Xəbər

Yüz minlərlə sakini təngə gətirmiş problem - BNA məsələyə münasibət bildirdi VİDEO

Veb TV | 21:39 • 26 Oktyabr 2022
Yüz minlərlə sakini təngə gətirmiş problem - BNA məsələyə münasibət bildirdi

"Bakıkart"larda balansı artırmaq bəzi sakinlər üçün ciddi problemə çevrilib. Sərnişinlər artıq dayanacaqların əksəriyyətində balanslarını artıra bilmirlər. Çünki ödəmə terminalı yoxdur. Bundan ötrü gərək ya ödəmə terminalı olan yer tapmalıdırlar, ya da metroya düşməlidirlər. Metroya düşdükdə isə onsuz da sıxlıq yaşanan metro girişlərində əlavə qələbəlik yaranır.  İnternet üzərindən ödəmələrdə də problem var.

Paytaxt sakinləri "Bakıkart"ların balansını artırmaq üçün qarşılaşdıqları problemlərdən şikayət edirlər.

Sərnişinlər deyirlər ki, dayanacaqlardakı terminalların götürülməsi onların işini çətinə salıb. Üstəlik, bu məsələ əlavə problemin yaranmasına səbəb olub. Bir çox sərnişin balansı artırmaq üçün metroya girməlidir ki, bu da onsuz da kifayət qədər sıxlığın yaşandığı metro girişlərində əlavə qələbəlik yaradır.

Karta internet üzərindən ödəmə mümkün olsa da, sərnişinlər bu zaman vəsaitin kartın balansına oturması üçün bəzən saatlarla gözləməli olduqlarını deyirlər.
Bakı Nəqliyyat Agentliyi isə deyilən iradlarla razılaşmır. Qurumun mətbuat katibi Mais Ağayev deyir ki, paytaxt ərazisində olan 1400-dən çox ödəmə terminalı kartın balansını rahat şəkildə artırmağa imkan verir və belə terminallara ən xırda marketlərdə belə rast gəlinir. O ki qaldı internet üzərindən ödəmələrin balansa oturmasında gecikmələrin yaşanmasına.

Mayıs Ağayev onu da bildirdi ki, internet üzərindən ödənişlərin daha tez balansa oturması, eyni zamanda bank kartlarıyla ödəmə üsullarıyla bağlı texniki tədbirlər də görülür.

Xəbər lenti